Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2014 09:00

Hərbi qulluqçular avtomobil qəzasına uğrayıb

İyulun 19-da saat 23.40 radələrində Tərtər-Hindarx yolunun Köçərli kəndi ərazisində içərisində hərbi qulluqçular olan minik avtomobili qəzaya uğrayıb.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğluna məxsus "VAZ 2107" markalı avtomobildə idarəetmənin itirilməsi nəticəsində qəza baş verib.
Nəticədə leytenant Əsgərzadə Anar İlham oğlu (19.05.1990-cı il təvəllüdlü, 2008-ci il tarixdə Zaqatala rayonundan hərbi xidmətə çağırılıb) vəfat edib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəfizadə Nurlan Rəfail oğlu (19.07.1994-cü il təvəllüdlü, 30.04.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğlu (17.06.1993-cü il təvəllüdlü, 05.07.2011-ci il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəylərov Emin Nuqay oğlu (01.02.1992-ci il təvəllüdlü, 30.06.2014-cü il tarixdə Tərtər rayonundan hərbi xidmətə çağırılıb) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar hospitala yerləşdiriliblər.
Koroğlu Əhlimanlının vəziyyəti stabil ağır, Nurlan Rəfizadə və Emin Bəylərovun vəziyyəti isə kafi qiymətləndirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən xəsarət alanlara xüsusi tibbi yardım göstərilməsi üçün 1 ədəd müasir tipli reanimobillə Silahlı Qüvvələrin baş neyrocərrahı və reanimatoloqu təcili hadisə yerinə ezam olunublar.