Gəncə Qarnizonu Zabitlər Evində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin təsdiq etdiyi plana əsasən, hərbi qulluqçular arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən bədii özfəaliyyətə baxış-müsabiqəsi keçirilir.
Baxış-müsabiqədə hərbi qulluqçuların bədii yaradıcılığın müxtəlif növlərində (mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət və s.) öz istedad və qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradılıb.
Beyləqan, Bərdə, Şəmkir və Gəncədə təşkil olunan seçim turlarında 221 hərbi qulluqçu iştrak edib. Seçilən 98 nəfər hərbi qulluqçudan 25-i yarımfinala keçib.
Bəyəndiyiniz iştirakçıya dekabrın 27-dək link vasitəsilə səs verə bilərsiniz.