Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2021 16:55

Hərbi qulluqçular arasında 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEO

Hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər. Komanda hesabında 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb. Fərdi hesabda 1-ci yerdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Mahir İbrahimov, 2-ci yerdə əsgər Aqşin Hüseynov, 3-cü yerdə isə əsgər Qurban Allahverdiyev qərarlaşıb. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən kubok, fəxri fərman  və diplomlar təqdim edilib.