Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2023 16:30

Hərbi Prokurorluğun nümayəndələri N hərbi hissəsində olublar

Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev və prokurorluğun digər nümayəndələri azad olunan ərazilərdə dislokasiya olunan N hərbi hissəsində olub, hərbi qulluqçularla görüşlər keçiriblər.
Nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, inzibati otaqlara baxış keçirib.
Sonra ədliyyə general-leytenantı X.Vəliyev hərbi qulluqçularla görüşərək onları qarşıdan gələn 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.
Hərbi prokuror qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla davam etdirilir. Aparılan islahatların nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi.
Vurğulanıb ki, bu gün Vətənimizin keşiyində dayanan əsgər və zabitlərimiz şəhidlərin qanı bahasına azadlığa qovuşan və onlara əmanət olan torpaqlarımızı göz bəbəyi kimi qoruyurlar.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.