Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2023 12:33

Hərbi Polis İdarəsində seminar keçirilib

Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə Qoşun xidmətinin təşkili üzrə seminar keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin göstərişinə əsasən, aparılan yoxlamalar zamanı 2022-2023-cü illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə qoşun xidmətinin vəziyyəti təhlil olunub.
Həmçinin müdafiə nazirinin, Baş Qərargah rəisinin əmr və direktivlərinə əməl olunması və qoşun xidmətinin təşkili üzrə sənədlərin işlənib hazırlanması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də hərbiləşdirilmiş mühafizə işinin təşkili və digər mövzular üzrə məruzələr dinlənilib, tövsiyələr verilib.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin xidməti-döyüş fəaliyyətinin, qoşun xidməti və döyüş növbətçiliyinin təşkili ilə bağlı tapşırıqları seminar iştirakçılarının diqqətinə çatdırılıb.