Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2026 17:48

Hərbi Polis İdarəsində anım tədbiri keçirilib

Oktyabrın 24-də Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi polis hərbi qulluqçularının qəhrəmanlıqlarına həsr olunan anım tədbiri keçirilib. 
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov şəhidlərin qəhrəmanlığından danışıb, hərbi polis bölmələrinin, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki xidməti fəaliyyətinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib.
Sonra çıxışında Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun əsasının qoyulmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə olunan nailiyyətlərdən, Vətən müharibəsində və antiterror əməliyyatında hərbi polis hərbi qulluqçularının göstərdikləri qəhrəmanlıqdan danışıb.
Şəhid hərbi qulluqçuların ailə üzvləri çıxış edərək xatirələrini bölüşüblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik ruhunda musiqilər ifa edib, şəhidlərimizin qəhrəmanlığından bəhs edən videoçarxlar nümayiş etdirilib.