Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 2021 15:28

Hərbi pilotlarımız “Anadolu Qartalı – 2021” təlimində uğurla iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra edib.