Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2021 15:48

Hərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib - VİDEO

Türkiyənin Bursa şəhərində müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə birinci Beynəlxalq Orkestrlər Festivalı keçirilib.
Festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestrinin 30 nəfərlik nümayəndə heyəti təmsil edib.
Müxtəlif ölkələrdən qatılan orkestr nümayəndələri Bursa şəhərində maraqlı konsert proqramı ilə çıxış ediblər.
Hərbi orkestrlərin çıxışları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.