Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2015 09:00

Hərbi marşların sədaları altında əsgər naharı

Mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə ölkəmizin müxtəlif şəhər və qəsəbələrində bayram tədbirləri keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən əvvəlcədən müəyyən olunmuş yerlərdə səhra mətbəxləri qurularaq Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışlarının sədaları altında əsgər naharı təqdim olunub.
Təşkil olunmuş bayram tədbirində hər kəs - uşaqlar, gənclər, böyüklər, ahıllar, qonaqlar əsgər rasionuna daxil olan ləzzətli və keyfiyyətli nahardan dadaraq orkestrin səsləndirdiyi mahnıları dinləyiblər.