Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2022 15:50

Hərbi liseydə yüngül atletika üzrə yarış keçirilib

Cəmşid Naxçıvanski adına hərbi liseydə Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsinə həsr olunan yüngül atletika üzrə yarış keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Proqrama uyğun olaraq kursantlar 100 və 2400 metr məsafəyə qaçış, hündürlüyə və uzununa tullanma üzrə birincilikdə güclərini sınayıblar.
Yekunda qaliblərə kubok və diplomlar təqdim edilib.