Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2018 18:17

Hərbi Liseydə intellektual bilik yarışması keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə intellektual bilik yarışması keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin süverenliyi, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də Dövlət himninin oxunması ilə başlayıb.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, XX əsrin sonlarında xalqımızın ikinci dəfə öz müstəqilliyinə qovuşması, ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə  yenidən  hakimiyyətə gəldikdən sonra müstəqilliyimizi daha da möhkəmləndirməsi yolunda gördüyü işlər, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən Ordu sahəsində həyata keçirilən islahatlarla bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə kursantlar Azərbaycan Xalq Cümhuriyyətinin generalının xidmət yolları haqqında teatrlaşdırılmış səhnəciklər təqdim edib və Silahlı Qüvvələrin inkişaf mərhələlərini əks etdirən videçarx nümayiş olunub.
Sonra “Açıq qapı - açıq fikir” layihəsi çərçivəsində kursantlar arasında intellektual bilik yarışması keçirilib. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir “Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda şəkil, plakat, rəsm əsərləri və kitablardan ibarət sərginin nümayişi ilə başa çatıb.