Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2014 09:00

Hərbi Liseydə intellektual bilik və istedadlar yarışının açılış mərasimi keçirilib

Cəmişid Naxçıvanski adına Hərbi Liseydə tağımlar arasında "Yurdumuzun tarixi" intellektual bilik və istedadlar yarışının təntənəli açılış mərasimi keçirilib.
Tarix dərnəyinin kursantlarının aparıcılıq etdiyi tədbiri layihə müəllifi, liseyin tarix müəllimi Azad Əliyev giriş sözü ilə açıq elan edib.
Birinci yarımfinal yarışı zamanı kursantlar tərəfindən "Azərbaycan tarixi" fənnindən biliklər nümayiş olunub, həmçinin istedadlar yarışında xalq mahnı və rəqsləri ifa edilib.