Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 16:33

Hərbi liseydə bilik yarışması keçirilib

Müdafiə nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar “Vətənə, xalqa dövlətə xidmət bizim ömrümüzün mənasıdır” devizi altında Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların iştirakı ilə ictimai fənlərə inteqrasiya üzrə intellektual bilik yarışması keçirilib.
Tədbir açıq elan olunduqdan sonra ümummilli lider Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, bu mövzuda keçirilən bilik yarışları kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərdiyindən liseyin rəhbərliyi belə tədbirlərə böyük diqqət ayırır. İntellektual bilik yarışmasının sualları əsasən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, həmçinin “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nü əhatə edib.
“Aysberq”, “Kainat” və “Turan” komandalarının iştirakı ilə keçirilən bilik yarışması  başa çatdıqdan sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.