Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2022 15:08

Hərbi institutun orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edir

Türkiyənin Bursa şəhərində müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə qardaş ölkənin Zəfər Bayramının 100-cü ildönümünə həsr olunan beynəlxalq festival keçirilir.
Festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin rəisi hərbi dirijor polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərlik etdiyi 35 nəfərlik nümayəndə heyəti təmsil edir.
Əvvəlcə iştirakçı ölkələrin hərbi orkestrlərinin Bursa şəhərində təntənəli yürüşü təşkil edilib.
Festival çərçivəsində orkestr nümayəndələri Bursa şəhərində maraqlı konsert proqramları ilə çıxış ediblər.
Hərbi orkestrlərin çıxışları, xüsusilə də müxtəlif ölkələrdən qatılan orkestrlərin birgə ifaları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.