Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2023 12:57

Hərbi institutun kursantları ilə praktiki təlim keçirilib - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun 2022-2023-cü tədris ili üçün hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə "praktiki dəniz təlimi" keçirilib.
Əvvəlcə kursantlara şəxsi heyətin gəmidə davranış, təhlükəsizlik qaydaları və gündəlik fəaliyyəti izah edilib.
Kursantlar gəmilərin döyüşə və səfərə hazır vəziyyətinə gətirilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.
Keçirilən məşğələlərdə əsas məqsəd kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və  praktiki vərdişlərinin təkmilləşdirilməsidir.