Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2020 16:40

Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib - VİDEO

Fevralın 11-də “N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Sonra Müdafiə Nazirliyi rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə polkovnik Səyavuş Mustafayev,  polkovnik Ədalət Hacıyev və digər çıxış edənlər hərbi hissənin qarşısında duran vəzifələrdən, şəxsi heyətin beynəlxalq səviyyədə həyata keçirdiyi missiyalardan və dövlətimizi layiqincə təmsil etmələrindən söz açıblar.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yolun Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Hərbi hissənin xidmətdə fərqlənən, yüksək  nizam-intizamı ilə seçilən  hərbçiləri “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam etdirilib.