Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2018 16:24

Hərbi hissələrdə psixoloji işə dəstək tədbirləri keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi təlimata əsasən Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissələrdə psixoloji işin daha effektiv təşkili, eləcə də hərbi qulluqçuların psixoloji cəhətdən öyrənilməsi və maarifləndirilməsi işinə dəstək fəaliyyətləri həyata keçirilir.
Hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitlər gənc əsgərlərin xidmətə adaptasiyası, fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı görüşlər keçirir, müvafiq tövsiyələr verir, yeni üsulların tətbiqinə dair maarifləndirmə işləri yerinə yetirirlər. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən hərbi vəzifəlilərlə peşə-psixoloji seçim aparırlar.
Gənc əsgərlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə hərbi xidmətin xüsusiyyətləri mövzusunda söhbətlər aparılır, eləcə də müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.