Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2020 18:40

Hərbi hissələrdə psixoloji işə dəstək fəaliyyətləri davam etdirilir

Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularından ibarət işçi qrupu tərəfindən hərbi hissələrdə gənc əsgərlərin sosial-psixoloji cəhətdən öyrənilməsi, hərbi xidmətə adaptasiya olunması, xidmət və məişət şəraitinin düzgün təşkili istiqamətində yerinə yetirilən psixoloji işə dəstək fəaliyyətləri yerinə yetirilib.
Plana uyğun olaraq hərbi qulluqçularla psixoloji testlərin keçirilməsi, kollektivlərdə sosial-psixoloji proseslərin və şəxsiyyətlərarası münasibətlərin öyrənilməsi mövzularında təlim-metodiki məşğələlər keçirilib.
Məşğələlərdə hərbi qulluqçuların temperament tipinin, hərbi kollektivlər daxilindəki münasibətlərin öyrənilməsi, hərbi qulluqçuların psixoloji dayanıqlığının müəyyən edilməsi prosesləri nəzəri və praktiki cəhətdən izah edilib.
Bundan əlavə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərə şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tövsiyələr verilib, gənc əsgərlərlə tərbiyəvi mövzularda maarifləndirici söhbətlər aparılıb.