Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Mart 2019 16:10

Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
Təntənəli mərasimlərdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
Tonqal ətrafında keçirilən bayram şənliklərində konsert proqramları təqdim edilib, hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.