Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2021 19:07

Hərbi hissələrdə gender bərabərliyinə dair seminarlar keçirilib

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə seminarlar keçirilib.
Bu tədbirlərin keçirilməsinin zəruriliyini bildirən şöbə rəisi Zümrüd Səmədova hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işinin aparılmasının davamlı olmasının vacibliyini qeyd edib.
Görüşlərdə hərbi qulluqçu və mülki işçilərə müxtəlif ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.