Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2023 15:25

Hərbi hissələrdə birinci rübün nəticələrinə dair yekun iclas keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, hərbi hissələrdə 2023-cü tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İclasda bölmələrin döyüş qabiliyyətinin artırılması və xidməti-döyüş fəaliyyətinin təşkilinə dair 2023-cü ilin birinci rübü ərzində görülən işlər, yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, döyüş hazırlığının, maddi-texniki təminatın, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti təhlil olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiymət, göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələr, müdafiə naziri general-polkovnik Zakir Həsənovun xidməti-döyüş fəaliyyətinin, qoşun xidməti və döyüş növbətçiliyinin təşkili ilə bağlı tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular təltif olunublar.