Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2015 09:00

Hərbi hissələrdə bayram konsertləri keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrin yaranmasının 97-ci ildönümü münasibətilə Gəncə Qarnizonu Zabitlər Evinin Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə təşkil etdiyi “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin finalçıları Beyləqan, Şəmkir və Göygöl rayonlarında yerləşən hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər.
Əsgərlər qarşısında çıxış edən müsabiqənin finalçıları Rəşad İsmayıl və Abdulla Mədinov ifaları ilə hər kəsi coşdurublar.
Sonra Xalq artisti Azərin və Əməkdar artist İlqar Muradov da Silahlı Qüvvələrin yaranması münasibəti ilə təbriklərini şəxsi heyətə çatdırıb, vətənpərvərlik mahnılarını hərbi qulluqçulara təqdim ediblər.
“Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin iştirakçılarının da qatıldığı konsert proqramları iyunun 27-dək davam edəcəkdir.