Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2019 22:02

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib - VİDEO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilib.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikası və silahların nümayişi də təşkil olunub.
Müdafiə naziri, nazir müavinləri, qoşun növü komandanlarının iştirakı ilə keçirilən “Açıq qapı günü”ndə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib, bayram sovqatları təqdim edilib.