Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2017 10:55

Hərbi hissədə viktorina keçirilib

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində “Tam artilleriya generalı Səməd bəy Mehmandarov haqqında nə bilirik” adlı viktorina keçirilib.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Hərbi hissənin zabiti polkovnik Mehman Kərimovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi naziri, general Səməd bəy Mehmandarovun hərbi fəaliyyəti haqqında çıxışından sonra viktorinada iştirak edəcək komandalara, eləcə də münsiflər heyətinə yarışın qaydaları çatdırılıb.
Gərgin bilik mübarizəsi şəraitində keçən viktorinada “Həmlə” komandası 1-ci, “Tankçılar” komandası 2-ci, “Zərbə” komandası isə 3-cü yerə layiq görülərək fəxri fərman və kubokla təltif ediliblər.