Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2018 14:52

Hərbi hissədə tədbir keçirilib

Müdafiə Nazirliyi və Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində tədbir keçirilib.
Şənlikdə çıxış edənlər həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri və ölkə prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə tərəqqinin təmin edilməsindən söz açıblar.
Bakı şəhər Nizami rayon Mədəniyyət Mərkəzinin əməkdaşları şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə əsgərlər qarşısında musiqili-konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən hərbi hissəyə yüz ədəd kitab hədiyyə edilib. Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivi və Gəncə Dövlət Filarmoniyasının solistləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Sonda tədbir iştirakçıları əsgərlərin məişət şəraiti ilə tanış olublar.