Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Mart 2015 09:00

Hərbi hissədə ''Novruz bayramı'' yüksək təntənə ilə qeyd olundu.

Hərbi hissədə Azərbaycanın milli bayramı olan ''Novruz bayramı'' yüksək təntənə ilə qeyd olundu.
Hərbi hissə rəhbərliyi şəxsi heyət qarşısında çıxış edərək onları "Novruz bayramı" münasibəti ilə təbrik etdi, xidmətdə uğurlar arzuladı.
Tədbirin açılışında döyüş növbəsində, nizam intizamda və ictimai siyasi hazırlıqda göstərdikləri nümunəvi xidmətlərə görə hərbi hissənin bir qrup əsgəri məzuniyyətlə mükafatlandırıldı.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Silahlı Qüvvələrin Mahnı Rəqs Ansanbılının təqdim etdiyi bayram konserti şəxsi heyət tərəfindən alqışla qarşılandı.
Bayram tədbirləri hərbi hissədə şən əhval ruhiyə ilə növbəti günlərdə də davam edəcək.