Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2019 13:10

Hərbi hissədə görüş keçirilib

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələrinin (AQMƏVŞAİB), “Babək 44” taborunun döyüşçülərinin və şəhid ailələrinin iştirakı ilə N saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirilib. 
Əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi, eləcə də Şəhidlər xiyabanı ziyarət olunub.
Sonra qonaqlar hərbi hissədə ağacəkmə aksiyasına qoşulublar.
Şəxsi heyətlə görüşdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər ehtiyatda olan polkovniklər Nazim Əhmədov, Elxan Qəniyev, Abakar Mirzəyev, AQMƏVŞAİB-in sədri Mehdi Mehdiyev, polkovnik-leytenant Vüqar İspəndiyarov və başqaları xatirələrini bölüşüb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər  Ordumuzun  qazandığı uğurlardan danışıblar.
Sonra Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin şagirdləri və “Babək 44” taborunun döyüşçüsü Əli Babayevin nəvələri vətənpərvər şeirlərlə çıxış ediblər.
“Babək 44” taborunun xüsusi qol saatları kəşfiyyatçılara və keçmiş döyüşçülərin hazırda həmin hərbi hissədə xidmət edən övladlarına hədiyyə olunub. 
Əfsanəvi taborun döyüş yolu haqqında filmlərin diskləri isə şəhid ailələrinə təqdim edilib.
Sonda “Əsgərə məktub” layihəsində iştirak edən keçmiş döyüşçülər ön xətdə xidmətdə olan Azərbaycan Ordusunun əsgərlərinə məktublar yazıb arzularını çatdırdılar.