Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2017 17:58

Hərbi hissədə “Gənclərin tərbiyəsində islam dininin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2017-ci il üçün birgə tədbirlər planına əsasən cəbhəboyu zonada yerləşən hərbi birlikdə tədbir keçirilib.
“Gənclərin tərbiyəsində islam dininin rolu” mövzusunda keçirilən görüşdə çıxış edən hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov qonaqları salamlayaraq şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında Müdafiə Nazirliyi rəhbərliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xidmətlərini xüsusi vurğulayıb. Bu cür tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində müstəsna rolunu qeyd edən zabit dini radikalizmə qarşı mübarizə tədbirlərinin də yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov çıxış edərək hərbi-vətənpərvərlik tərbiyəsində islamın rolundan, islami dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmağından, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsil vətəndaş, əsil döyüşçü yetişdirmək mümkün olmamasını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər.
Tədbirin sonunda qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər və zabitlərlə görüşüb, hərbi hissədən xoş təəssüratla ayrılıblar.