Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2018 12:03

Hərbi hissədə Cümhuriyyətin 100 illiyi qeyd olunub

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Hərbi hissənin zabiti mayor Elçin Kərəmov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. O, bu yubileyin soydaşlarımız tərəfindən böyük hörmət və ehtiramla keçirildiyini xüsusi qeyd edib.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.