Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2017 12:39

Hərbi hissədə artilleriya üzrə estafet yarışları keçirilib

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib. Artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.
Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər.
Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.