Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2017 18:33

Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunub

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak edib.
Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra HHQ komandanı əlamətdar gün münasibəti ilə Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.
Sonra ölkə Prezidentinin müvafiq təqdimatı ilə verilən Döyüş Bayrağı hərbi hissənin komandirinə təqdim olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.
Təntənəli keçidlə Döyüş Bayrağı sıra meydanından aparıldıqdan sonra mərasim sona çatıb.
Kürdəmir rayon Mədəniyyət şöbəsinin nümayəndələrinin iştirakı ilə hərbi hissədə bayram konserti keçirilib.