Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2016 09:00

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan radiotexniki hərbi hissə ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksinin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin rəhbərliyi ərazidəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.
Komanda Məntəqəsində döyüş növbətçiliyinin daha yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verən nazir radiolokasiya sistemlərinə də baxış keçirib.
Hərbi qulluqçuların döyüş fəaliyyəti, sosial-məişət və xidməti şəraiti ilə maraqlanan Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.