Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2023 12:57

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim keçirilib - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib.
Bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.
Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.