Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2016 09:00

Hərbi dənizçilərimiz "Xəzər kuboku - 2016" yarışlarının açılış mərasimində iştirak ediblər

İyulun 31-də Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin "Xəzər kuboku - 2016" beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib.
"Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir.
Qeyd edək ki, "Xəzər kuboku - 2016" üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığı üzrə yarışlardır.
Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaqdır.