Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2019 17:48

Hərbi Dəniz Qüvvələrində Novruz bayramı tədbiri keçirilib

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
Daha bir bayram tədbiri Müdafiə Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində keçirilib.
Təntənəli mərasimdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
“Yel” çərşənbəsində baş tutan musiqili bayram tədbirində populyar müğənnilər və rəqs qrupları hərbi dənizçilər qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər
Tonqal ətrafında keçirilən bayram şənliyində zabitlərin ailə üzvləri də iştirak ediblər.