Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2019 18:30

Hərbi Dəniz Qüvvələrində intellektual bilik yarışı keçirilib

2019-cu ilin fəaliyyət planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində şəxsi heyətin intellektual bacarıqlarının artırılması məqsədilə “Müasir Azərbaycan cəmiyyətində din və elmin vəhdəti” mövzusunda bilik yarışı keçirilib.
Əvvəlcə münsiflər heyəti tərəfindən komandalara yarışın əsas şərtləri barədə ətraflı məlumat verilib. Səkkiz komandanın iştirak etdiyi yarışda mövzunu tam əhatə edən sualların zənginliyi birinci yer uğrunda mübarizəni daha da maraqlı edib.
Yarışın aparıcısı finalda on sual səsləndirib və bu sualları daha dəqiq cavablandıran komandanın qalib elan olunacağını diqqətə çatdırıb. Gərginliklə müşayiət olunan yarışda komanda üzvləri yüksək intelektual bilik nümayiş ediblər.
Yekunda münsiflər heyətinin qərarına əsasən “Flaqman” birinci, “Dalğa” ikinci, “Dəniz” komandası isə  üçüncü yerə layiq görülüb.
Sonda qaliblərə mükafatlar təqdim olunub.