Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2021 09:53

Hərbi Dəniz Qüvvələrində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Hərbi Dəniz Qüvvələrində (HDQ) 26 İyun – Silahlı Qüvvələr Günü  münasibətilə  tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə HDQ komandanı kontr-admiral Sübhan Bəkirov çıxış edərək Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və  44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.   
HDQ komandanı Vətən müharibəsində qazanılan Qələbə və qarşıdan gələn 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş hərbi qulluqçulara medallar, xidmətdə fərqlənən digər hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.