Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2012 09:00

Hərbi Dəniz Qüvvələri zabitləri üçün "Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili" mövzusunda təlim kursu başlayıb


Oktyabr 17-də Azərbaycanda NATO-nun Neapoldakı Hərbi Dəniz Qüvvələri Komponent Komandalığının mobil təlim qrupu tərəfindən Hərbi Dəniz Qüvvələri zabitləri üçün "Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili" mövzusunda təlim kursu başlayıb.
İki gün davam edəcək kursda NATO-nun Neapoldakı Hərbi Dəniz Qüvvələri Komandanlığının strukturu, fəaliyyətinin əsas istiqamətləri, keçirdiyi əməliyyatlar, dənizdə hava hücumundan müdafiə, suüstü və sualtı elementlərin rolu, rabitə sistemləri, dənizdə güc tətbiq etmə qaydaları kimi mövzular müzakirə ediləcək.