Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2023 11:46

Hərbi attaşelər FHN-in Akademiyasını ziyarət ediblər

Ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasını ziyarət ediblər.
Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdiriblər.
Akademiya rəisi general-mayor Baba Salayev hərbi attaşelərə təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqaməti, qarşıda duran məqsədlər və tədris prosesi ilə bağlı məlumat verib. Sonra qonaqlara məlumatverici videoçarx nümayiş etdirilib.
Brifinq başa çatdıqdan sonra hərbi attaşelər akademiyanın ərazisindəki Heydər Əliyev Mərkəzində olublar. Burada onlara Ulu Öndərin siyasi və ictimai fəaliyyətini əks etdirən fotostendlər təqdim olunub.
Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, kitabxana, laboratoriya, muzey, yeməkxana, idman, təlim kompleksləri və tədris korpuslarında olublar, kursantlarla keçirilən tədris prosesini izləyiblər.
Sonda xatirə fotosu çəkdirilib.