Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2017 11:15

Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində təşkil olunmuş xarici dil kurslarında təhsil alan hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin  Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək kursu bitirən dinləyiciləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edilib.