Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2017 17:30

Hərbi Akademiyanın dinləyiciləri üçün praktiki məşğələ keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında praktiki məşğələ keçirilib.
Səfər zamanı Fövqəladə Hallar Nazirliyinin strukturu və vəzifələri, respublikamızda və xarici dövlətlərdə baş verən təbii və texnogen fəlakətlər zamanı Mülki Müdafiə Qoşunlarımızın fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Dinləyicilərə Mülki Müdafiə Qoşunlarının istifadəsində olan müasir texnika və avadanlıq, tədris sinifləri və peşəkar xilasedicilərin təlimi nümayiş etdirilib.