Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2017 18:26

Hərbi Akademiyada Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış protokola əsasən Pakistan Milli Müdafiə Universitetinin nümayəndəsi general-mayor Fayyaz Hüseyn Şahın rəhbərlik etdiyi heyət Bakıda səfərdədir.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi, birgə fəaliyyət sahələrinin müəyyən edilməsi, ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə edilib.