Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2015 09:00

Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında akademiyanın məzunlarının növbəti buraxılış mərasimi keçirilib.
Mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümümmilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdıraraq geniş məruzə ilə çıxış edib.
Sonra general-leytenant H.Piriyev və polkovnik Murad Həmidov tərəfindən məzunlara diplomlar və döş nişanları təqdim olunub.
Tədbirin sonunda Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu və Əməliyyat-taktiki fakültəsini yüksək nəticələrlə bitirmiş dinləyicilər akademiyanın yaş kötüyünə xatirə lövhəsini vurublar.