Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2016 09:00

Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən hərbçilərin güləş üzrə 31-ci dünya çempionatının bağlanış mərasimi keçirilib.
Tədbirdə CİSM-in nümayəndəsi polkovnik Nelson Lopezin çıxışından sonra Makedoniyanın Müdafiə naziri Zoran Jolevski yarışları bağlı elan edib.
35 ölkədən 300-dən çox idmançının iştirak etdiyi hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ümumi hesabda 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.