Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2018 23:50

Hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli açılışı olub

Mayın 15-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli açılış mərasimi olub.
Mərasimdə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Rusiya Federasiyası müdafiə nazirinin müavini Nikolay Pankov, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili, çempionatın təşkilat komitəsinin sədr müavini Roman Kudryavtsev, hakimlər briqadasının sədri Vladimir Qriqoryev, Dünya Güləş Birliyinin (UWW) rəsmi nümayəndəsi Uve Manz, CISM-in güləş komitəsinin sədri Marko Kopella, təşkilat komitəsinin vitse-sədri Oleq Parxomenko, CISM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə koordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, müxtəlif idman təşkilatlarının nümayəndələri, veteran idmançılar, Rusiya Federasiyası MOİK-in üzvləri, iştirakçı ölkələrin heyət rəhbərləri, yarışlarda iştirak edəcək komandaların üzvləri, hakimlər, məşqçilər və mətbuat nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər yarışın əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzulayıblar.
Təntənəli mərasimdən sonra qonaqlara konsert proqramı təqdim olunub.