Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2019 11:19

HDQ-də unudulmaz generallarımızın xatirəsi yad edilib

Hərbi Dəniz Qüvvələrində 1918-1920-ci illərdə Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaranmasında əvəzsiz xidmətləri olmuş generallarımızın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər unudulmaz sərkərdələrimiz Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məmmədbəy Sulkeviçin keçdiyi döyüş yolundan və Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaradılmasında göstərdikləri fədakarlıqdan danışıblar.
Sonra tədbir iştirakçılarına generallarımızın xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbir Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin vətənpərvərlik mövzusunda təqdim etdiyi konsert proqramı ilə başa çatıb.