AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi gəmilərinin heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə işçi görüşü keçirib.
Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.