Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2018 15:22

HDQ-də “Əsgərə Məktub!” layihəsi keçirilib

ASAN xidmət nəzdində fəaliyyət göstərən “ASAN Könüllülər”i Hərbi Dəniz Qüvvələrində “Əsgərə Məktub!” layihəsini keçirib.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Layihənin mahiyyəti barədə ətraflı məlumat verildikdən sonra vətəndaşlarımız tərəfindən matroslara ünvanlanan məktublar hərbi qulluqçulara təqdim olunub və oxunub.