Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2019 15:33

H.Əliyev adına Hərbi Liseyin məzunları təhsillərini davam etdirmək üçün Bakıya yola salınıb - VİDEO

Heydər Əliyev adına Hərbi Liseydə keçirilən yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev çıxış edərək ali hərbi təhsil almaq hüququ qazanan kursantlara uğurlar arzulayıb.
Bildirilib ki, 56 kursantla fəaliyyətə başlayan hərbi liseyin 3 mindən artıq məzunu ötən dövr ərzində ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olunublar.
Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün hər birimizi daha da qürurlandıran Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının Ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət etmələridir.
Sonra gələcəyin zabitlərinin təntənəli keçidi olub. Beləliklə də ali hərbi təhsil almaq hüququ qazanan kursantlar Bakı şəhərinə yola salınıblar.