Silahlı Qüvvələrin Hərbi Akademiyasının strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun rəhbər heyəti və dinləyiciləri H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər. Qonaqlara məktəbin ümumi fəaliyyətinə dair geniş brifinq təqdim edilib, onlar məktəbin maddi-texniki təminat, silah və atış, eləcə də digər kafedralarda olan maddi-texniki baza ilə yaxından tanış olub və atıcı silahlardan praktiki atışlar icra ediblər.
Görüşün yekununda xatirə şəkli çəkdirilib.